Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş məhkum oğurluğa görə tutuldu

Keçmiş məhkum oğurluğa görə tutuldu

Tarix: 11 May 2022 19:44

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əhmədov saxlanılıb. Araşdırmalarla onun 100 min rubl, 500 ABŞ dolları və 150 manat pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və X.Əhmədovun digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Keçmiş məhkum oğurluğa görə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ