Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2022 23:44
Türkiyə istehsalı olan "Hurjet" döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ildə edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib.
"Təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü il milli döyüş təyyarələrimizi anqardan çıxararaq ilk uçuşu həyata keçirəcəyik", - deyə Dəmir bildirib.
Müdafiə Sənayesi İdarəsinin rəisi daha əvvəl bildirmişdi ki, "Hurjet" performans baxımından Amerikanın "F-35" qırıcı təyyarələrindən üstün olacaq.
Türk qırıcısı 2017-ci ildə hazırlanıb.