Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əgər kimsə müdaxilə etsə, Rusiya sərt cavab verməyə hazırdır''

''Əgər kimsə müdaxilə etsə, Rusiya sərt cavab verməyə hazırdır''

Tarix: 12 May 2022 17:50

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, kimsə Ukraynada xüsusi hərbi əməliyyata müdaxilə etməyə cəhd edərsə, Rusiya ən sərt cavabı verməyə hazır olacaq.

Sonxeber.net TASS-a istinadən xəbər verir ki, "Biz ilk növbədə Vladimir Putinin fevralın 24-dən etibarən verdiyi bəyanatlardan çıxış edirik. Rusiya hazırda Silahlı Qüvvələrimiz tərəfindən Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyata hansısa yolla girməyə və münaqişəyə müdaxilə etməyə cəhd edən tərəfə ən qəti cavabı verməyə hazır olacaq", - Kremlin sözçüsü vurğulayıb.

"Prezidentin bu bəyanatları hamıya məlumdur və biz ilk növbədə bu bəyanatlardan çıxış edirik", - Rusiya liderinin mətbuat katibi deyib.

Aslan Məmmədov


Etiketlər:  Əgər kimsə müdaxilə etsə Rusiya sərt cavab verməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ