Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 20:14
"Mən əminəm ki, Rusiya ilə müharibədə Ukrayna qalib gələcək".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Niderland krallığının Baş naziri Mark Rütte Ali Radada onlayn çıxışı zamanı Ukrayna himinindən sitat gətirərək bildirib.
O qeyd edib ki, Niderland Rusiya neftinə embarqonu dəsətkləyəcək:
"Ukrayna suverenliyini bərpa etməyənə, Rusiyanın təcavüzü bitməyənədək sanksiyalar qüvvədə qalacaq. Rusiya Prezidenti Vladimir Putin Ukraynanı qısa müddətdə işğal edəcəyini və dünyanın demokratik qüvvələrini parçalayaraq qələbə qazanacağını düşünürdü. Ancaq o, yanıldı. Qərbin demokratik qüvvələri indiki kimi birlik nümayiş etdirməyib. Bu, demokratiyanın gələcəyi uğurunda müharibədir. Bu, sizin və bizim azadlığımız uğrunda mübarizədir".
Rütte Ukraynaya silah tədarük edəcəklərini də vurğulayıb. O, Rusiya hərbçilərinin ukraynalı dinc sakinlərə qarşı zorakılıq hallarının araşdırılması məqsədi ilə Ukraynaya məhkəmə ekspertləri göndərəcəklərini bildirib.