Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov yeni müqaviləsi haqda: “Qarabağ”ın dəyəri adlı-sanlı klublardan da böyükdür”

Qurban Qurbanov yeni müqaviləsi haqda: “Qarabağ”ın dəyəri adlı-sanlı klublardan da böyükdür”

Tarix: 12 May 2022 21:58

"Ölkə xaricində çalışmaq barədə maraqlanmamışam. Mənim üçün vacib olan "Qarabağ"dır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə yeni 3 illik müqavilə bağlamasına münasibət bildirib. O, "Qarabağ"ı xarici klublara dəyişmək barədə düşünmədiyini vurğulayıb: "Qarabağ"ın dəyəri daha böyükdür, nəinki digər istənilən klubun. Adlı-sanlı klub olsa belə. Hansısa klubu çalışdırmaq haqda düşünmürəm. Yaxın gələcəkdə ancaq "Qarabağ"ı fikirləşirəm".

Çalışdırıcı həmçinin yarımmüdafiəçi Patrik Andrade və qapıçı Luka Quqeşaşvili ilə yeni müqavilə üzəridə danışıqların davam etdiyini bildirib.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov yeni müqaviləsi haqda Qarabağın dəyəri adlı sanlı klublardan da böyükdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ