Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 15:44
"Barselona"nın futbolçusu Samuel Umtitinin evi qarət olunub.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə sentyabrın 14-ü baş verib. Həmin gün Kataloniya klubu La Liqanın 4-cü turunda "Valensiya" ilə (5:2) qarşılaşıb. Fransalı müdafiəçi matçda iştirak etməsə də, stadionda olub.
Hadisə ilə bağlı Umtitinin qonşuları polisə zəng vurub. Hadisə yerinə gedən polislər boş seyf aşkarlayıblar. Ən azı 4 nəfər qarətdə iştirak etdiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl "Barselona"nın futbolçusu Jordi Albanın evi qarət olunub.