Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2022 09:44
2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 faiz artaraq 10,8 milyard dollara bərabər olub.
Sonxeber.net xəbər verir ki. bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin aprel ayında Türkiyə 3,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 53 faiz çoxdur" - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 28,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.