Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gecə ərzində Sumı rayonuna iki dəfə raket zərbəsi endirilib - FOTO

Gecə ərzində Sumı rayonuna iki dəfə raket zərbəsi endirilib - FOTO

Tarix: 13 May 2022 12:14

Mayın 13-nə keçən gecə Rusiya Sumı rayonunun Oçkin sərhəd kəndinə iki raket atıb.

Milli.Az bildirir ki, bu barədə "Şimal" Əməliyyat Komandanlığı Facebook səhifəsində məlumat yayıb.

Saat 00:05 radələrində Rusiya ərazisindən raket zərbələri endirilib. Digər təfərrüatlar hələ açıqlanmır. Xoşbəxtlikdən şəxsi heyət arasında itki olmayıb.

"Şimal" həmçinin zərbə yerindən bir neçə foto nümayiş etdirib. Kadrlarda meşədə binanın zədələnməsi əks olunub. O tamamilə dağıdılıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Gecə ərzində Sumı rayonuna iki dəfə raket zərbəsi endirilib FOTO


RƏYLƏR