Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Trampın oğlu Zelenskini təhqir etdi - FOTO

Trampın oğlu Zelenskini təhqir etdi - FOTO

Tarix: 13 May 2022 13:46

ABŞ-ın sabiq prezidenti Donald Trampın oğlu Donald Tramp Ukraynanın dövlət başçısı Volodimir Zelenskini aşağılayıb.

Milli.Az bildirir ki, Birləşmiş Ştatların federal büdcəsindən Ukraynaya ayrılmış böyük məbləğdə yardımlardan narazı qalan oğul Donald Tramp Twitter-dəki akkauntunda V.Zelenskinin striptizçi qadın obrazında kollajını paylaşıb.

Kollajda "yarıçılpaq" Zelenskiyə pul səpələyən ABŞ Prezidenti Co Bayden də var.

"$40 000 000 000,00!!! Ukraynada yağış yağır. Amerikalılar əziyyət çəkir, uşaq qidası çatışmır. Əla işdir, uşaqlar. Həmin pulların ən azı 7 dolları əsl ukraynalılara yardımlara gedəcək. Yerdə qalan isə böyük savaşa və rüşvətxor məmurlara çatacaq", - oğul Donald Tramp yazıb.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası mayın 11-də Ukraynaya 40 milyard dollar həcmində əlavə yardımlar göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Milli.Az


Etiketlər:  Trampın oğlu Zelenskini təhqir etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ