Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Novxanı bağları massivində yol və avtobus problemi var - VİDEO

Novxanı bağları massivində yol və avtobus problemi var - VİDEO

Tarix: 13 May 2022 18:12

Sumqayıtın Novxanı bağları massivinin yolları bərbad vəziyyətdədir. Bu yaşayış məntəqəsində həmçinin avtobus qıtlığı yaşanır.  

Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər bu problemlərdən əziyyət çəkirlər.

Adıçəkilən massivdə təxminən 5 minə yaxın sakin yaşayır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, belə vəziyyət uzun müddətdir ki, davam edir. İddialara görə, axşam saat 5-dən sora ümumiyyətlə  avtobus tapmaq mümkün deyil. Belə olan halda isə əsas yola çıxmaq üçün xeyli məsafəni piyada qət etməli olurlar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevin sözlərinə görə, qeyd olunan ərazidə fəaliyyət göstərən marşrut xətti sahibkara məxsusdur. ''Sözügedən xətt üzrə intervalın azaldılması ilə bağlı sahibkarla danışıqlar aparılacaq. Eyni zamanda, mərkəzi küçədə gələcəkdə asfaltlanma işləri aparılacaq'',- deyə o əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Novxanı bağları massivində yol avtobus problemi var VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ