Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücü pilləkəndən avtomobillə endi - VİDEO

Sürücü pilləkəndən avtomobillə endi - VİDEO

Tarix: 13 May 2022 18:32

İstanbulda, Küçükçekmecedə sürücü avtobusdan enən piyadaların istifadə etdikləri pilləkənlərdən avtomobillə enib. Bu maraqlı hadisə təhlükəsizlik kameralarına düşüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, küçədə avtomobili ilə hərəkətdə olan sürücü küçənin sonuna gəldikdə pilləkənləri görərkən bir az dayanıb və sonra enə biləcəyini düşünərək avtomobillə yoluna davam edib. Bu zaman pilləkənlərlə qalxan bir piyada qarşısında enən avtomobili gördükdə təəccüb içində geri çəkilib.

Avtomobil pilləkənlərdən endikdən sonra səkidə dayanan bir motosikleti görərək maşından enib və ətrafda olan satıcılara etirazını bildirib.

"Bu motosikleti burada niyə saxlamısınız? Mən indi yoluma necə davam edim?" - deyə aqressiya nümayiş etdirib. Satıcılar tərəfindən sakitləşdirilən sürücü avtomobilinə mindirilib və yoluna davam edib.  


Etiketlər:  Sürücü pilləkəndən avtomobillə endi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ