Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnformatika fənni qəbul imtahanına salınacaq - Tədrisində ciddi problemlər var - VİDEO

İnformatika fənni qəbul imtahanına salınacaq - Tədrisində ciddi problemlər var - VİDEO

Tarix: 13 May 2022 19:26

2023-2024-cü il ali məktəblərə qəbul imtahanlarında 1-ci ixisas qrupuna informatika fənni də daxil ediləcək. Belə ki, bu qrupdakı bəzi ixtisasları seçmək istəyən abituriyentlər kimya fənninin əvəzinə informatikadan biliklərini sınayacaqlar. Həmin ixtisaslar isə informasiya təhlükəsizliyi, kompyüter elmləri və kompyüter mühəndisliyi istiqamətləri ilə bağlıdır.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyir ki, qəbul imtahanlarına daxil edilsə də, orta ümumtəhsil  məktəblərində informatika fənninin tədrisində ciddi problemlər var. Söhbət həm maddi-texniki baza, həm də müəllimlərin hazırlıq səviyyəsindən gedir.

Kamran Əsədovun sözlərinə görə , beynəlxalq olimpiadalarda bu fənn üzrə uğur əldə edən şagirdlərin də bir çoxu xüsusi lisey və gimnaziyaların yetirmələridirlər.  Ekspert problemin xüsusilə bölgələrdə daha çox yaşandığını bildirir. 

Kamran Əsədovun fikrincə, problemlərdən biri də sözügedən fənn üzrə dərs saatlarının az olmasıdır. Ekspert yaxın 5 il ərzində bu fənnin digər qruplar üzrə qəbul imtahanlarına salınmasını mümkün hesab etmir. Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, İnformatika fənninin qəbul imtahanına  daxil olunması ilə bağlı işlər aparılır və porses yekunlaşdıqdan sonra  icitmaiyyətə ətraflı məlumat veriləcək. 


Etiketlər:  İnformatika fənni qəbul imtahanına salınacaq Tədrisində ciddi problemlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ