Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2022 07:28
Rusiya qoşunları Ukraynanın Rubijne şəhərini ələ keçirib. Beloqorovkada itki verib, buna görə də bütöv bir batalyon artıq hücuma keçməkdən imtina edib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Rubijnedə, təəssüf ki, onlar demək olar, hər şeyə nəzarət edirlər - amma Milli Qvardiyaçılarımızın qoruduğu məhəllələrə üçüncü aydır daxil ola bilmirlər. Rubijnenin özündə vəziyyət mürəkkəbdir: su, qaz yoxdur. Rusların fəxr etdiyi yeganə şey budur - bağladığımız xəstəxananı açmaları", - o deyib.
Qayday bildirib ki, Donetsk vilayəti ilə sərhəddə güclü döyüşlər gedir, Rusiya hərbçiləri Popasna və Beloqorovka istiqamətindən magistral yolu bağlamağa çalışırlar.