Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynadan Almaniyaya 700 mindən çox insan gedib

Ukraynadan Almaniyaya 700 mindən çox insan gedib

Tarix: 14 May 2022 17:52

"Welt am Sonntag" qəzeti Almaniya Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, fevralın 24-də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Ukraynadan Almaniyaya 700 mindən çox insan gəlib.

Sonxeber.net bildirir ki, məlumata görə, fevralın 24-dən mayın 11-dək Almaniyaya gələn 727 205 nəfər əcnəbilərin mərkəzi reyestrində qeydiyyata alınıb. Onlardan 714 998 nəfəri (98,3%) Ukrayna vətəndaşıdır.

Eyni zamanda, Almaniya Daxili İşlər Nazirliyi reyestrdə qeydiyyatda olan 700 mindən çox ukraynalı qaçqının artıq Aİ-nin digər ölkələrinə gedə, eləcə də Ukraynaya qayıda biləcəyinə" aydınlıq gətirib. Beləliklə, bu, "24 fevraldan Almaniyada müvəqqəti olan və orada qalmağa davam edənlərin sayıdır".

Aslan Məmmədov


Etiketlər:  Ukraynadan Almaniyaya mindən çox insan gedib


RƏYLƏR