Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2022 22:22
Gürcüstanda 4,5 maqnitudalı zəlzələ baş verib.
Sonxeber.net "report"-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Yeraltı təkanlar yerli vaxtla saat 21:14-də qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.