Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azovstal” müdafiəçilərinin yaxınları Çindən vəziyyətə müdaxilə etməsini xahiş edirlər

“Azovstal” müdafiəçilərinin yaxınları Çindən vəziyyətə müdaxilə etməsini xahiş edirlər

Tarix: 15 May 2022 15:54

"Azovstal" müdafiəçilərinin yaxınları Çini Ukrayna hərbçilərinin Mariupoldan çıxarılmasına kömək etməyə çağırıblar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, döyüşçülərin yaxınları mayın 14-də keçirdikləri mətbuat konfransında bununla bağlı bəyanat səsləndiriblər.

"Biz Çindən xahiş edirik ki, bu müharibəyə müdaxilə etsin və bu müharibədə sülhməramlı qismində çıxış etsin, bizim Mariupoldakı, "Azovstal"dan olan əsgərlərimizin xilaskarına çevrilsin. Zaman keçir, günlər, dəqiqələr, saniyələr keçir. Əsgərlərimiz artıq cəhənnəmi görüblər, onlara günəşi görmək imkanı verin" - deyə Mariupol müdafiəçilərinin yaxınları ümumi bəyanatda istəklərini səsləndiriblər.

Müdafiəçilərin qohumları "Çinin əzabların tarixini, müstəqilliyin dəyərini və iki dünyagörüşü arasındakı mübarizənin nə olduğunu bildiyini" xatırladıb və Çinin "kənarda durmayacağına və susmayacağına" ümid etdiyini bildiriblər.


Etiketlər:  Azovstal müdafiəçilərinin yaxınları Çindən vəziyyətə müdaxilə etməsini xahiş edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ