Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu hadisə Rusiyaya qarşı yönəlməyib''

''Bu hadisə Rusiyaya qarşı yönəlməyib''

Tarix: 15 May 2022 22:32

İsveç Sosial-Demokrat Partiyasının NATO-ya daxil olmaq qərarı Rusiyaya qarşı yönəlməyib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Maqdalena Andersson mətbuat konfransında bildirib.

"Biz hesab edirik ki, Alyansa üzvlük İsveç üçün yaxşı nəticələr verəcək. Bu hadisə Rusiyaya qarşı yönəlməyib", - deyə Maqdalena Andersson bildirib.

Qeyd edək ki, İsveç hakim Sosial-Demokrat Partiyasının rəsmi olaraq NATO-ya üzvlüyə qəbul üçün müraciəti barədə qərar qəbul edib.

Xarici işlər naziri Ann Lindenin sözlərinə görə, bu addıma səbəb Rusiyanın Ukraynadakı hərbi əməliyyatı olub.

Bildirilir ki, bu əməliyyat İsveçdə və bütövlükdə Avropada təhlükəsizliyi pisləşdirib.


Etiketlər:  hadisə Rusiyaya qarşı yönəlməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ