Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Koreyada helikopter qəzaya uğrayıb

Cənubi Koreyada helikopter qəzaya uğrayıb

Tarix: 16 May 2022 08:10

Cənubi Koreyada helikopter qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, içərisində üç ekipaj üzvünün olduğu helikopter ölkənin cənub hissəsində qəzaya uğrayıb.

Agentliyin məlumatına görə, içərisində üç ekipaj üzvünün olduğu "Sikorsky S-61N" helikopteri təxminən saat 9.00-da (Bakı vaxtı ilə 04:00) Koreya yarımadasının cənub sahilində Qoje şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bildirilir ki, pilot da daxil olmaqla üç ekipaj üzvü ağır yaralanıb.

Xilasetmə işlər aparılır.

Ölənlər barədə məlumat yoxdur.

Milli.Az


Etiketlər:  Cənubi Koreyada helikopter qəzaya uğrayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ