Tarix: 16 Sentyabr 2019 18:52
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Qol.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 3 çəkidə yarışan idmançılarımız mübarizəyə qaşulub.
Taleh Məmmədov (66 kq) təsnifat mərhələsində Bolqarıstan təmsilçisinə uduzub.
Elvin Mürsəliyev (77 kq) 1/16 finalda gürcü güləşçi Gela Bolkvadzeyə qalib gəlib – 8:0. 1/8 finalda isə iranlı pəhləvan Məhəmmədəli Abdulhəmid Gerayi ilə bacarmayıb – 0:7.
Beka Kandelaki (130 kq) təsnifat mərhələsində belaruslu rəqibi Pavel Rudakunu tuşe fəndi ilə üstələyib. O, 1/8 finalda alman idmançı Eduard Poppa 7:17 hesabı ilə uduzub.