Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstan və Tacikistan sərhədçiləri arasında toqquşma olub

Əfqanıstan və Tacikistan sərhədçiləri arasında toqquşma olub

Tarix: 16 May 2022 09:00

Əfqanıstan-Tacikistan sərhədində silahlı toqquşmalar olub.

Bu barədə "Afghanistan International" xəbər verir.

"Əfqanıstanın şimalındakı yerli mənbələr Şerxan-Bəndər ərazisində, sərhəddə Tacikistan sərhədçiləri ilə "Taliban" qüvvələrinin dörd saat ərzində bir-birinə atəş açdığını bildirir", - xəbərdə vurğulanır.

"Mənbələrin məlumatına görə, silahlı toqquşma "Taliban" qüvvələri ilə Tacikistan sərhədçiləri arasında şifahi gərginlikdən sonra baş verib və ilk olaraq "taliblər" atəş açıb", - məlumatda qeyd edilir.

Hələlik Tacikistanın hökumət strukturları və Əfqanıstanda nəzarəti əlinə almış "Taliban" nümayəndələri xəbəri şərh etməyiblər.


Etiketlər:  Əfqanıstan Tacikistan sərhədçiləri arasında toqquşma olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ