Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 11:30
Litva Prezidenti Qitanas Nauseda 18-20 may tarixlərində Azərbaycan və Ermənistana səfər edəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə bu gün Litva liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.
Qitanas Nauseda Avropa İttifaqı ilə münasibətlərin, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın perspektivlərinə və beynəlxalq gündəmdə bir sıra məsələlərə dair müzakirələr aparacaq.
Litva dövlət başçısı Cənubi Qafqaz regionunda təhlükəsizlik, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın vəziyyəti və enerji sektoru üzrə fikir mübadiləsi aparacaq.
Qitanas Nausedanın Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşləri nəzərdə tutulub.