Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN: Ötən sutka 28 yanğına çıxış olub

FHN: Ötən sutka 28 yanğına çıxış olub

Tarix: 16 May 2022 12:12

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Sonxeber.net-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib.


Etiketlər:  Ötən sutka yanğına çıxış olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ