Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumi vilayəti yenidən atəşə tutulub

Sumi vilayəti yenidən atəşə tutulub

Tarix: 16 May 2022 14:06

Mayın 16-da səhər saatlarında Rusiya ordusu Rusiya Federasiyası ilə sərhədə yaxın Sumı vilayətinin ərazisini atəşə tutub, diversantlar Ukrayna ərazisinə daxil olmağa cəhd ediblər.

Sonxeber.net bildirir ki, bu haqda Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ruslar minaatanlardan, qumbaraatanlardan və pulemyotlardan atəş açıblar. Bu zaman Rusiyanın təxribat-kəşfiyyat qrupu Ukrayna ərazisinə daxil olmağa cəhd edib. Ukrayna sərhədçiləri diversantlara qarşı döyüşərək onları dövlət sərhədindən kənara çəkilməyə məcbur ediblər.

Aslan Məmmədov


Etiketlər:  Sumi vilayəti yenidən atəşə tutulub


RƏYLƏR