Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəliklərin qarşısını alan içkilər - SİYAHI

Xəstəliklərin qarşısını alan içkilər - SİYAHI

Tarix: 16 May 2022 21:27

Meyvələr insan orqanizminə nə qədər faydalıdırsa, onlardan hazırlanan şirələr də  sağlamlığa bir o qədər müsbət təsir göstərir. Ancaq meyvə şirələrindən düzgün istifadə edilmədikdə vücudda xəstəliklərin yaranması belə mümkündür.

Bəs hansı şirələr hansı xəstəliyin müalicəsinə müsbət təsir göstərir?

Milli.Az medicina.az-a istinadənmeyvə şirələrinin faydalarıyla bağlı məlumatları təqdim edir:

Portağal suyu - C vitamini ilə zəngindir. Soyuqdəyməyə qarşı qoruyucu vasitədir.

Qəhvə - şəkər xəstəliyinə tutulmaq riskini azaldır. Əhvalın düzəlməsinə səbəb olur, ancaq tərkibindəki kafeinə görə çox istifadə zərərlidir.

Tərəvəz suları - meyvə suları ilə müqayisədə daha az kalorilidir. Tərkibində şəkər az olduğundan istifadə etmək vücuda müsbət təsir göstərir. İmmuniteti artırır, xəstəliklərə qarşı qoruyucu qalxan rolunu oynayır.

Süd - yalnız sümüklərə faydalı deyil, gündəlik istifadə həmçinin artıq kilo almaq riskini də minimuma endirir.

Su - yararları saymaqla bitməyən suyun dırnaqlara, böyrəklərə, saçımıza qədər hədsiz faydası var.

Çay - qara, yaşıl fərq etməz, hər növü orqanizm üçün xeyirlidir. Diş sağlığına və ürəyə faydalıdır.

Milli.Az


Etiketlər:  Xəstəliklərin qarşısını alan içkilər SİYAHI


RƏYLƏR