Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 23:10
Tacikistanın Xoroq şəhərindəki ümumpamir mitinqində polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, şəhərə zirehli texnika və polis qüvvələri yeridilib.
Güc strukturları ilə toqquşmada bir neçə nəfər yaralanıb. Polis mərkəzi meydana aparan yolları bağlayıb. Şəhərdə internet kəsilib.
Qeyd edək ki, Tacikistan prezidenti Emomali Rahmon hazırda KTMT-nin iclasında iştirak etmək üçün Moskvadadır.