Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qırışlar əleyhinə effektli bitki yağları

Qırışlar əleyhinə effektli bitki yağları

Tarix: 16 May 2022 23:27

Dəri əvvəlki təravətini və gözəlliyini 30 yaşdan sonra  itirməyə başlayır. Çox iş, az yuxu və ya qeyri-sağlam qidalanma öz mənfi təsirini ilk növbədə dəri üzərində göstərir. Bu səbəbdən qadınların çoxu gəncliyini qorumaq üçün bu yaşdan sonra estetik əməliyyatlara üz tutur.

Təəssüf ki, estetik əməliyyatlar hər zaman uğurlu alınmır. Bəs dərinin qocalma prosesini estetik əməliyyatsız necə dayandırmalı?

Təbii yağlar kosmetologiyada qırışlar əleyhinə vasitələr kimi istifadə edilir.

Milli.Az medicina.az-a istinadən 30 yaşdan sonra qadınlar üçün faydalı olan təbii bitki yağlarının faydalarını təqdim edir:

Kətan yağı - faydalı olmasına görə ona "qadın yağı" da deyilir. Kətan yağı maddələr mübadiləsini normallaşdırır, arıqlamağa kömək edir, hormonal fonu bərpa edir, menstruasiya ağrılarını azaldır.

Kətan yağı öz bioloji xüsusiyyətlərinə görə, digər bitki yağları arasında birinci yeri tutur. Onun tərkibi orqanizm üçün F, A, E, B, K vitaminləri, omeqa 3 və omeqa 6 kimi doymamış yağ turşuları mənbəyidir.

Diyetoloqlar kətan yağını arıqlamaq üçün qəbul etməyi məsləhət görürlər. O, öz təsirini elə ilk dəfə qəbul edəndən sonra göstərir. Bunun üçün hər səhər 1 çay qaşığı kətan yağı için, günortalar salatlara vurub yeyin. Dəriniz çox həssasdırsa, üzünüzə də sürtə bilərsiniz.

Kakao yağı - dəri sallanması üçün əla profilaktikadır. Bədənə qulluq, eyni zamanda göz ətrafı dəri üçün unikal vasitədir. Yağın tərkibində doymuş və doymamış yağ turşuları var. Onun tərkibindəki stearin, olein turşuları dərinin gəncliyini qorumasında mühüm rol oynayır. Kakao yağı dərini nəmləndirməkdə, qocalma prosesini ləngitmək və qırışları aradan götürməkdə bir nömrəli vasitədir. Yağ dəriyə çox tez hopur və onu mükəmməl şəkildə nəmləndirir. Bu xüsusiyyətinə görə, quru dərilər üçün daha uyğundur. Kakao yağının əsas üstünlüyü sellülit ilə mübarizə aparmasıdır.

İtburnu yağı - plastik əməliyyat funksiyasını yerinə yetirir. Lakin burada cərrah və onun iti uclu ləvazimatları olmur.

Bu yağda C və E vitaminləri kollagenlərin sintezini stimullaşdırır. Daxilə qəbul etdikdə dəri öz-özünə cavanlaşır. İtburnu yağı nazik boyun dərisinin qocalmasını əngəlləyir. Hər cür qocalma əlamətlərinə və ləkələrə müharibə elan edir.

Milli.Az


Etiketlər:  Qırışlar əleyhinə effektli bitki yağları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ