Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 08:04
Rusiya ordusunun sutka ərzində Donetsk və Luqansk istiqamətində mülki infrastrukturu atəşə tutması nəticəsində 20 dinc sakin həlak olub. Onların arasında azyaşlı da var.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Birləşmiş Əməliyyat Qüvvələri Komandanlığı məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 25 yaşayış məntəqəsi atəşə tutulub və 42 ev, məktəblər, bir ali təhsil ocağı, bir otel və 6 müəssisə zərər görüb.