Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''nın müdafiəçisinin evi qarət olundu

''Barselona''nın müdafiəçisinin evi qarət olundu

Tarix: 16 Sentyabr 2019 20:48

Bakı. Trend:

"Barselona"nın futbolçusu Samuel Umtitinin evi qarət olunub.

Trend-in məlumatına görə, sentyabrın 14-də Kataloniya klubu La Liqanın 4-cü turunda "Valensiya" ilə (5:2) qarşılaşıb. Fransalı müdafiəçi matçda iştirak etməsə də, stadionda olub. Həmin gün oğurluq hadisəsi ilə bağlı Umtitinin qonşuları polisə məlumat veriblər. Futbolçunun evinə gedən polislər orada boş seyf aşkarlayıblar.

Qeyd edək ki, bir müddət əvvəl "Barselona"nın futbolçusu Jordi Albanın da evi qarət olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Barselonanın müdafiəçisinin qarət olundu


RƏYLƏR