Tarix: 16 Sentyabr 2019 22:28
“Fənərbaxça”nın sabiq futbolçusu Emmanuel Emenike karyerasını Belçikada davam etdirəcək.
Qol.az xəbər verir ki, nigeriyalı hücumçu ikinci liqada çıxış edən “Vesterlo”ya keçib. Klubun rəsmi Feysbuk səhifəsi bu barədə məlumat yayıb. Ancaq 32 yaşlı forvardın sözləşməsinin müddəti açıqlanmayıb.
Qeyd edək ki, 2018-ci ilin yayında “Olimpiakos”dan ayrılan Emenike klubsuz idi.