Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Titanik” filmindəki məşhur pozanı təkrarlamaq istədilər: Oğlan öldü, qız yaralandı

“Titanik” filmindəki məşhur pozanı təkrarlamaq istədilər: Oğlan öldü, qız yaralandı

Tarix: 17 May 2022 18:35

Türkiyədə "Titanik" filmindəki məşhur pozanı təkrarlayan cütlüyün biri həyatını itirib.

Hadisə Kocaeli vilayətinin İzmit şəhərindəki "Marina İskelesi"ndə baş verib.

Belə ki, balıq tutmaq üçün dəniz sahilinə gələn 23 yaşlı Furkan Çiftçi və yaşıdı olan sevgilisi Mine D. suya yıxılıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu zaman ətrafdakılar dənizdə çırpınan gəncləri görüb, onlara tilov uzadıblar.

Qız tilovdan tutaraq sahilə çıxa bilib, lakin oğlan gözdən itib.

Xilasedicilərin saat yarım davam edən axtarışları nəticəsində gəncin meyiti aşkar edilib.

Xəstəxanaya çatdırılan Mine D. ifadə verərək bildirib ki, sevgilisi ilə spirtli içki qəbul etdikdən sonra sahildəki zəncirlərin arxasına keçərək "Titanik pozası" vermək istəyiblər. Bu zaman müvazinətlərini itirərək dənizə yıxılıblar.

Faktla bağlı araşdırma başladılıb.

Milli.Az


Etiketlər:  Titanik filmindəki məşhur pozanı təkrarlamaq istədilər Oğlan öldü qız yaralandı


RƏYLƏR