Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ iyunda neft hasilatını artıracaq - PROQNOZ

ABŞ iyunda neft hasilatını artıracaq - PROQNOZ

Tarix: 17 May 2022 18:50

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, bu ilin iyun ayında may ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür - red.) neft hasilatı artacaq.

Milli.Az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 142 min barel və ya 1,6% artaraq 8,761 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia" və "Niobrara" yataqlarının payına düşəcək.

Xatırladaq ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.

Milli.Az


Etiketlər:  ABŞ iyunda neft hasilatını artıracaq PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ