Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 20:24
Son dövrlər müşahidə edilən aramsız yağışlar nəticəsində Astaranın Şiyəkəran kəndindən keçən pensər çayında da suyun səviyyəsi artıb. Çayın məcrası bir qədər genişlənib. Çay torpaq qatını kənarlara doğru 20-25 metrə qədər yuyub. Hər an sürüşmə baş verə bilər. Yaxınlıqdakı evlər təhlükə ilə üz-üzədir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Astaranın Şiyəkəran kəndində Pensər çayının sahilində yaşayan insanlar son günlər bölgəyə yağan yağışlardan sonra təhlükə ilə üzləşiblər. Aramsız yağıntılardan sonra kənd ərazsindən keçən çayda suyun səviyyəsi kəskin qalxaraq torpaq qatını sahilə doğru 20-25 metrədək yuyub aparıb. Yaxınlıqdakı evlər üçün təhlükə yaranıb.
Məsələ ilə bağlı Astara suvarma sistemləri idarəsindən problemin qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyi ilə maraqlandıq.
Qurumun mühəndis Fərid Yusifov əlavə edib ki, vəsait ayrılacağı təqdirdə həmin ərazidə sahil-mühafizə bəndinin tikintisi həyata keçiriləcək.