Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 20:38
Bina 112 il əvəl tikilib, lakin hələ də yaşayış var. Söhbət Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində yerləşən 1 mərtəbəli binadan gedir. Sakinlər bildiriblər ki, bina məhşur neft milyonçusu tərəfindən mehtərləri və atları saxlamaq üçün tikilib. Tikintisində isə sementdən istifadə edilməyib. Hazırda divarlara astaca toxunmaq kifayətdir ki, ovulub tökülsün. Bir sözlə, burada yaşayan sakinlərin həyatı təhlükə altındadır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Səbail rayonu Yüzbəy Mürsəlov küçəsindəki 5 saylı ünvanda yerləşən 1 mərtəbəli, 12 mənzilli yaşayış binasında acınacaqlı hal hökm sürür. Qəzalı vəziyyətdə olan mənzillərin sakinləri evlərində qorxa-qorxa yaşayırlar.
Sakinlərin bildirdiyinə görə, binalar 1910-cu ildə məhşur neft milyonçusu Murtuza Muxtarov tərəfindən mehtərləri və atları üçün tikilib. Tikintisində sementdən istifadə edilməyib. Rütubət o dərəcədədir ki, evdəki qaşıq və iynələr paslanır. Sakinlər mövcud problemlə bağlı dövlət orqanlarına müraciət etdiklərini, mənzillərin texniki cəhətdən əlverişsiz vəziyyətdə olmasıyla bağlı akt tərtib olunduğunu da bildirdilər.
Məsələ ilə bağlı Səbail rayonu İcra Hakimiyyətindən bildirildi ki, FHN-nın rəyi əsasında sözügedən yaşayış evinin köçürülməsi məqsədilə qanuna müvafiq tədbirləruin görülməsi üçün müvafiq qurumlara rəsmi müraciətlər göndərilib. Hazırda rayon ərazisində yaradılmış komissiyalar qəzalı binalarla bağlı müvafiq sənədləşmə işlərini həyata keçirir.