Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvad ərini döydü, uşaq küçədə qaldı - Azərbaycanda AİLƏ DRAMI

Arvad ərini döydü, uşaq küçədə qaldı - Azərbaycanda AİLƏ DRAMI

Tarix: 18 May 2022 14:26

Azərbaycanda azyaşlı körpə saatlarla küçədə qalıb. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib. Paylaşımda bildirilir:

"Azyaşlı körpə dünən saatlarla küçədə qalıb. Yoldan keçən 2 şəxs uşağın sakitcə oturub ağlamasını görüb dərhal ona yaxınlaşıblar. Balacanı yaxınlıqdakı polis bölməsinə gətirərək təhvil veriblər. Polislər isə balacanı sığınacağımıza gətirdilər. Səhəri gün uşağın atasını tapdıq və uşağın atası bildirdi ki, uşaq uzun müddətdir bibisi ilə qalıb. Bibisi oğlu onu yol ortasında qoyaraq deyib ki, burda gözlə qayıdacam ancaq o gedən gedib və saatlarla geri gəlib uşağı götürməyib". 

Mehriban xanımın sözlərinə görə, uşağın ata və anası şiddət səbəbindən boşanıblar:

"Ata bildirir ki, uşağa baxa bilmir və uşağın anası dəfələrlə ona şiddət göstərib. Boşanıb ayrı yaşadıqlarından uşağı heç biri sahiblənmək istəmir. Qadın həyat yoldaşına şiddət göstərdiyinə görə bu yaxınlarda məhkəmələri də olub. Bir sözlə artıq balaca sığınacaqda qalacaq". 


Etiketlər:  Arvad ərini döydü uşaq küçədə qaldı Azərbaycanda AİLƏ DRAMI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ