Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2022 14:40
Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Elza Seyidcahana dəstək olub.
Axşam.az xəbər verir ki, ifaçı "Səni axtarıram" proqramına zəng edərək onun maddi yardım istəməsinə münasibət bildirib. Ələsgərli verilişdə Elzanı təhqir edib, qınayanlara sərt cavab verib:
"Brilliant Dadaşova və mən Elzaya dəstəyik. Elza düz edib bu proqrama gəlib. Bir söz xətrimə dəydi: dediniz ki, sənət adamları sizi çox istəmir və yardım etmir. Biz onun yanındayıq, onu sevirik. Onun bir qarmoniyasını başa düşmək üçün 50 il sonra doğulmalısan. O, gözəl sənətkar, bəstəkardır. Onu orada təhqir etməyin. İnanıram bu iş düzələcək, düzəlməsə də sənət adamları yığışıb yardım edəcək. Elza Rəşid Behbudov dövründə doğulsaydı, onlar qədər sevilərdi, Onun mahnılarını mən, Brilliant Dadaşova oxuyub. Sənin arxandayam. Mən ona 1000 manat dəstək oluram".
Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.