Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əli Əsədov Litva Prezidenti ilə görüşüb

Əli Əsədov Litva Prezidenti ilə görüşüb

Tarix: 18 May 2022 17:48

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulandı.

Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Milli.Az


Etiketlər:  Əli Əsədov Litva Prezidenti ilə görüşüb


RƏYLƏR