Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2022 20:10
"Atam hərbçi olub, anam müəllimə. Kişi kimi formalaşmağım üçün atama borcluyam. O mənə hər şeyi öyrədib. Atam deyirdi ki, mənə gəlib deməsinlər ki, oğlunu döymüşük. Atam söyləyirdi ki, özündən kiçiklə yox, böyüklə dalaş. Gücün çatmırsa, başına daşı çırp. Dostuma güləşdə uduzduğum üçün atam məni evə buraxmadı. Səhəri getdim, yenidən güləşdim, onu məğlub etdim".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rüfət Axundov "Sözbaz" proqramında qonaq olarkən deyib.
Sənətçi müğənnilik yolunda addımlayarkən təkcə anasından dəstək gördüyünü bildirib: "Mən səhnədə olmaq istəmişəm. Mənə nəsildə heç kəs dəstək olmayıb. Təkcə anam yanımda olub. Atam hərbçi olmağını istəyirdi".
Bundan əlavə, sənətçi ilk qazancı ilə nənəsinə xalça aldığını qeyd edib: "İlk dəfə balaca biznesim var idi. Saqqız satırdım, "Çalıquşu" filminin qəhrəmanlarının şəkillərini salırdım. Qazancımdan nənəmə xalça almışdım. Hələ də evimizdə qalıb. Daha sonra anama qolbağ almışam".
Rüfət nadincliklərindən də söz açıb: "Hərdən uşaqlığımdan utanıram. "Tarzan" kinosunu çox sevirdim. O filmdən sonra tut ağacında özümə yer də düzəltmişdim. İndiyənədək həmin ağac həyətimizdədir. Başımda tikiş əlindən yer yoxdu. O tərəf, bu tərəfə atılırdım, yaralanırdım".