Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstan yeni virusla mübarizəyə hazırlaşır

Gürcüstan yeni virusla mübarizəyə hazırlaşır

Tarix: 18 May 2022 21:26

"Bu gün Gürcüstanda uşaqlarda atipik hepatitlə qarşılaşırıq. Buna adenovirusun səbəb olduğu deyilir. Lakin bu, nə "A", nə hepatit B, nə də "Delta" deyil. Digər genezis, inkişafının çətin olduğu hallar da var. Bu tip hepatitlərin monitorinqi aparılır".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamğrelidze məlumat verib.

Mərkəz rəhbəri deyib: "Bu gün uşaqlarda atipik hepatitlə qarşılaşırıq. Amma narahatlığa əsas yoxdur. İnsanları qorxutmaq lazım deyil".

A.Qamğrelidze bildirib ki, hepatitlə bağlı klinikalara məlumat və tövsiyə məktubları göndərilib və vəziyyət nəzarət altındadır.

Milli.Az


Etiketlər:  Gürcüstan yeni virusla mübarizəyə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ