Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2022 22:58
ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş başlayıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, görüşün əsas mövzuları Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyi, eləcə də Ankaraya mümkün F-16 qırıcıları tədarükü olacaq.
Çavuşoğlu görüşdən əvvəl bildirib ki, Türkiyə NATO-nun "açıq qapı" siyasətini hər zaman dəstəkləyir. Bununla belə, nazir ölkəsinin Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı narahatlığının olduğunu bildirib.