Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Raciv Qandiyə sui-qəsddə iştirak etmiş şəxs azadlığa çıxıb

Raciv Qandiyə sui-qəsddə iştirak etmiş şəxs azadlığa çıxıb

Tarix: 19 May 2022 08:38

1991-ci ildə hindistanlı siyasətçi Raciv Qandiyə sui-qəsddə iştirak edənlərdən biri azadlığa çıxıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Perarivalan adlı məhkum həbsxanada 31 il keçirib. Ali məhkəmə onun nümunəvi davranışını əsas gətirərək vaxtından əvvəl azad edilməsinə qərar verib. Hüquqşünasların fikrincə, bu qərar Qandini öldürməyə görə məhkum olunmuş digər şəxslər üçün də presedent yarada bilər.

Qeyd edək ki, 1984-1989-cu illərdə Hindistanın Baş naziri olmuş Raciv Qandi 1991-ci ildə seçki kampaniyası vaxtı sui-qəsdə məruz qalıb. Hücuma görə məsuliyyəti Tamil pələngləri qruplaşması üzərinə götürüb. Hadisə zamanı terrorçular da daxil olmaqla 14 nəfər ölüb.


Etiketlər:  Raciv Qandiyə qəsddə iştirak etmiş şəxs azadlığa çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ