Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Narkotacirlər Meksikadan ABŞ-a tunel çəkdilər - VİDEO - FOTO

Narkotacirlər Meksikadan ABŞ-a tunel çəkdilər - VİDEO - FOTO

Tarix: 19 May 2022 18:46

Meksika polisi narkotacirlərin istifadə etdiyi yeraltı tunel aşkar edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Pablo Eskobar davamçıları Meksikanın Tijuana şəhərindən ABŞ-ın Kaliforniya ştatının Otay Mesa şəhərindəki anbara qədər uzanan narkotik tuneli çəkiblər.

Yeraltı keçidin uzunluğu 531 metr, dərinliyi isə 18 metrdir. Tunel möhkəmləndirilmiş divarlar, dəmir yol, havalandırma sistemi və elektrik enerjisi ilə təmin edilib.

Narkotacirlərin istifadə etdiyi tunel federal narkotik araşdırması zamanı aşkar edilib. Əməliyyat zamanı 800 kq kokain satmaq istəyən 6 nəfər saxlanılıb.

Milli.Az


Etiketlər:  Narkotacirlər Meksikadan ABŞ a tunel çəkdilər VİDEO FOTO


RƏYLƏR