Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 20:32
ABŞ-da ibtidai sinif şagirdləri üçün LGBT əlifbası çap olunub və dərslik kimi tədris olunacaq. Bu, gələcəkdə uşaqların daha tolerant, anlayışlı böyüməsi və LGBT cəmiyyəti haqda məlumatlı olmaları üçün həyata keçirilir.
Maraqlıdır, Azərbaycanda da məktəblərdə bu üsul tətbiq edilə bilərmi? Bunun uşaq psixologiyasına təsiri necə ola bilər?
Sonxeber.net bildirir ki, məsələ ilə bağlı Gundem.az-a danışan psixoloq Gülnar İsmayılova bu təcrübənin ölkəmizdə tətbiqinin mümkünsüz olduğunu düşünür:
"Bütün dünyada LGBT üzvləri var. Mental dəyərlərə görə ölkəimzdə bir müddət bu cəmiyyətin üzvləri gizlədildi. Lakin sonra baxdıq ki, LGBT üzvlərinə cəmiyyətin yüksək təbəqələrinin, hətta məmurların da marağı var. Azərbaycanda bu cəmiyyətə üzv olan insanlar pis yolla bədənlərini satdığı üçün əxlaqsız kimi görünürlər. Xaricdə isə elə sözünü demiş, savadlı yazar, məmur var ki, LGBT üzvüdür. Azərbaycanda isə bu cəmiyyətin üzvləri pul qazanmaq marağında olduğu üçün onlar qəbul edilmir və onlar milli dəyərlərə, dini dəyərlərə ziddirlər. Ona görə belə bir əlifbanın Azərbaycanda yaradılması böyük sensassiya olardı".
Psixoloq LGBT üzvlərinin yaşayış hüququndan doğru istifadə etmədiyini deyib:
"Bütün dünyadan fərqli olaraq ölkəmizdə LGBT üzvləri öldürülür. Sosial şəbəkədə də buna haqq verənlər az deyil. Lakin bu, doğru deyil, həmin insanların da yaşamaq hüququ var. Onlar isə bu hüquqdan doğru istifadə etməlidirlər. LGBT üzvü ola bilərsən, amma normal işin və yaşayışın olmalıdır. Bəzən uşaqların geyimlərində LGBT simvolu olan rənglər canlanır, valideynlər buna fikir vermir. İstənilən halda diqqətli olmaq, Azərbaycan mühitində bu hərəkata qoşulmamaq lazımdır".