Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 23:40
Rusiya ərzaq böhranlarının qarşısını ala bilər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.
"Sadəcə bizim işimizə qarışmayın. Rusiya öhdəliklərini tam şəkildə yerinə yetirməyə hazırdır, eyni zamanda ticarət tərəfdaşlarından, o cümlədən beynəlxalq platformalarda yardım gözləyir. Amma məntiqsiz çıxır: bir tərəfdən bizə qarşı sərsəm sanksiyalar tətbiq edilir, digər tərəfdən ərzaq tədarükünü tələb edirlər. Belə olmur, biz axmaq deyilik. Bir daha vurğulayıram: biz öz bazarımızın ziyanına heç bir ərzaq ixrac etməyəcəyik. Rusiya vətəndaşları üçün ərzaq müqəddəs işdir", - deyə Medvedev qeyd edib.