Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə Ukraynaya bir milyard avro ayıracaq

Bu ölkə Ukraynaya bir milyard avro ayıracaq

Tarix: 20 May 2022 08:28

Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün təxminən bir milyard avro ayıracaq.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.

Vəsaitlərin dövlət sisteminin səmərəliliyinin dəstəklənməsinə yönəldilməsi planlaşdırılır.

Lindner bundan əvvəl G7-nin ("Böyük Yeddilik") maliyyə nazirlərinin görüşündə qeyd edib ki, söhbət 2022-ci ilin büdcəsindən əlavə borclar yaratmadan ödənilməli olan qrantlardan gedir.

Xatırladaq ki, G7 ölkələri Ukraynaya 15 milyard dollarlıq maliyyə yardımı paketini təsdiqləmək niyyətindədir ki, bu da ölkənin üç aylıq ehtiyaclarını ödəməyə imkan verəcək.

Milli.Az


Etiketlər:  Bu ölkə Ukraynaya bir milyard avro ayıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ