Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xatirə yenidən əməliyyat olundu - VİDEO

Xatirə yenidən əməliyyat olundu - VİDEO

Tarix: 20 May 2022 12:35

Müğənni Xatirə İslam yenidən əməliyyat olunub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb. Xatirə əməliyyatdan sonra çəkilən videosunu paylaşaraq "Bu halıma güldüm. Məni olduğum kimi qəbul edin. Mən obrazlarla yaşaya bilmərəm" sözlərini yazıb.

O, daha sonra duet ortağı, Əməkdar artist Vasif Məhərrəmlini ad günü münasibətiylə təbrik edərək "Sənin ad günündə buradayam. Burada başqa işlər gedir, qadın məsələləridir" sözlərini söyləyib. 

Qeyd edək ki, Xatirə bundan əvvəl də dəfələrlə plastik əməliyyat etdirib. O, iki dəfə artıq çəkidən xilas olmaq üçün liposaksiya etdirib.

Milli.Az


Etiketlər:  Xatirə yenidən əməliyyat olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ