Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Aztelekom”un əməkdaşı faciəvi şəkildə öldü

“Aztelekom”un əməkdaşı faciəvi şəkildə öldü

Tarix: 20 May 2022 12:52

Prokurorluq Şamaxıda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Sonxeber.net Şamaxı Rayon Prokurorluğuna istinadn xəbər verir ki, mayın 19-u saat 10 radələrində Çuxuryurd kəndində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Aztelekomun əməkdaşı faciəvi şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ