Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 13:35
Əməkdar artist Bəhram Bağırzadənin paylaşdığı video narazılığa səbəb olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi fiziki məhdudiyyətli bir şəxsin "çəkmə, lazım deyil, başına dönüm" etirazına baxmayaraq ona suallar verməyə və görüntüyə almağa davam edir. Həmin şəxs isə gözləri yaşararaq sualları cavablandırır.
Bağırzadənin bu videosu birmənalı qarşılanmayıb. Onlarla insan komediyaçını tənqid edib, hətta şərh bölümündə Daxili İşlər Nazirliyini işarələyərək bir şəxsin iradəsinə zidd olaraq videoçəkiliş aparılmasına hüquqi qiymət verilməsini tələb ediblər.
Etirazlardan sonra B.Bağırzadə videonu sosial şəbəkə hesablarından silib.