Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 16:32
Rusiya hərbçilərinin Severodonetskdə məktəbi atəşə tutması nəticəsində azı 3 nəfər həlak olub.
Sonxeber.net bildirir ki, bu haqda Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday Telegram-da məlumat verib.
"Səhər artilleriyadan ruslar insanların sığındığı Severodonetsk məktəbini atəşə tutdular. 200-dən çox insan, çoxlu uşaq. Üç böyük hadisə yerində öldü", - o yazıb.
Luqansk vilayətinin polisi insanları başqa sığınacağa daşımağa çalışır.
Qayday hələ də şəhərdə qalan hər kəsi sığınacaqları tərk etməməyə çağırıb.
Aslan Məmmədov