Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 13:24
Pomidor yalnız tam yetişdikdə orqanizmə faydalı olur. Yetişməmiş kal pomidorlar toksiki zəhərlidir.
Sonxeber.net bizim.media-yaya istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatina yetişməmiş pomidorda solanin adlı zəhərli maddənin olduğunu deyib.
"Əgər bu tərəvəz tam qırmızı olmayıbsa, onu yeməyin. Xüsusən yaşlı insanlar, uşaqlar ehtiyatlı olsun.
Yetişmiş pomidorda həmçinin oksalat turşusu çoxdur. Bu isə pankreatit, mədə-bağırsaq problemi, qastriti olanlara zərərlidir
İstixanalarda çox miqdarda nitratlar tətbiq olunan pomidorlar ürək-damarlar üçün təhlükəlidir", - deyə həkim vurğulayıb.
Qeyd edək ki, öomidorda nitratın çox olduğunu belə bilmək olur: tərəvəzi kəsəndə çoxlu sarı arakəsmələr, sap kimi çıxıntılar varsa, deməli, nitratla zəngindir.