Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Dammın azərbaycanlı gəlini ərini belə təbrik etdi: "6 il dost olduq... " - VİDEO - FOTO

Van Dammın azərbaycanlı gəlini ərini belə təbrik etdi:

Tarix: 21 May 2022 14:50

Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammın 35 yaşı tamam olub.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Krisin azərbaycanlı həyat yoldaşı Suada Hacızadə onu ad günü münasibətilə təbrik edib. 

Pianoçu  təsirli təbrik videosu yayımlayaraq Krisi çox sevdiyini və ömür boyu onun yanında olacağını vurğulayıb:

"Mənim sevimli həyat yoldaşımın artıq 35 yaşı var. Həmişə yanında olacağam, biz birlikdə güclüyük. Həyatımı sənsiz təsəvvür edə bilmirəm. Səninlə 6 il dost olduq. İki ildir isə bir-birimizi sevirik. Mənim tək və tək can yoldaşım. Həmişə xoşbəxt ol. Səni sevirəm".

Qeyd edək ki, Suada ilə Kris ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurublar. 

Milli.Az


Etiketlər:  Van Dammın azərbaycanlı gəlini ərini belə təbrik etdi 6 il dost olduq VİDEO FOTO


RƏYLƏR